"Gizlənpaç niyə oynayaq ki? Belə deyirlər, 2 nəfər div sənətçi var, Aygün və Röya. Bir vaxtlar isə Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova deyərdilər".
Unikal.org xəbər verir ki, müğənni Ceyhun Qala bu sözləri "ATV maqazin 10lar" laya müsahibəsində deyib:
"Müğənilərimiz var sevilir. Adlarını da çəkə bilərəm, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev,Brilliant Dadaşova. Amma deyəndəki, bir nömrə. Onda Aygünlə Röyanın adı çəkilir. Gəlin səmimi olaq. Adlarını çəkdiyim hər bir sənətçiyə hörmət edirəm".
İfaçının növbəti hədəfi isə müğənni Elçin Cəfərov olub:
"Elçin özü nə qədər 6/8 ritmlik mahnılar oxuyub. Gedim toyda pop oxuyum, kim oynayacaq. Xalqın sevilən müğənnisi olmaq istəyirəmsə gərək, hər tərəfli olasan. Əgər kiminləsə küsülüsənsə o olan yerə getməməlisən. Eyni səhnəni paylaşırıqsa "mənəm-mənəm" demək lazım deyil".