Amerika BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını mart ayının 14-nə çağırıb.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, növbədənkənar iclasın təcili çağırılmasına əsas səbəb İranın ballistik raketləri bu günlərdə sınaqdan keçirməsi olub.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer keçirdiyi mətbuat konfransında söyləyib.
"İran rəsmiləri raketlərin birbaşa olaraq İsrailə istiqamətləndiyini bəyan ediblər. Ən yaxın müttəfiqimizə qarşı edilən təhdidlərə qarşı səssiz qala birmərik. Tehranın bu addımını təxribat və sabitliyə zidd mövqe kimi qiymətləndiririk".