Malayziya hakimiyyəti adı korrupsiya qalmaqalında hallanan bu ölkənin baş naziri Nəcib Razakaya aqressiv formada sual verməyə cəhd edən Avstraliyadan olan iki jurnalisti saxlayıb.
 
Unikal.org Modern.az-a istinadən verdiyi xəbərə görə, insident Razakın Malayziyanın Borneo adasındakı Kuçunq şəhərindəki məscidə səfəri zamanı qeydə alınıb.

Avstraliyanın ABC telekanalının jurnalistləri Linton Besser və Lui Eroqlu qadağan olunmuş ərazini keçərək aqressiv formada baş nazirə yaxınlaşmağa cəhd ediblər.  İttiham isrəli sürüləndən sonra jurnalistlər sərbəst buraxılsalar da, Malayziyanı tərk edə bilməzlər.

2015-ci ilin iyul ayında məlum olub ki, Razak 1 MDB dövlət fondundan öz şəxsi hesabı üçün 700 milyona yaxın dollar alıb. Baş nazir isə iddia edir ki, həmin pul Yaxın Şərq ölkələrinə yardım üçün nəzərdə tutulur. Razak bundan əvvəl müavinini və Nazirlər Kabinetinin daha 4 üzvünü istefaya yollayıb.