Konyanın Cihanbeyli mahalında məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 3 şagird ölüb, 40-ı yaralanıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza, mahalın mərkəzi Otogar qovşağı yaxınlığında meydana gəlib. Əldə edilən məlumatlara görə, Anadolu Sağlamlıq Peşə Liseyinə şagirdləri daşıyan avtobus yolun buzlu olması səbəbindən aşıb.

Hadisə ilə bağlı araşdırma aparılır.