Müğənni Kərim Abbasov əməkdar artist Mehriban Xanlarovanın onu yenidən məhkəməyə verməsinə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, ifaçı aktrisanın adını çəkmədən onun ünvanına bunları qeyd edib:
"Eşitdiyimə görə, məni tutdurmaq istəyirlər. Əgər məni həbs etsələr, yanıma arada yeyib-içmək gətirərsiniz. Gözümü yolda qoymayın, qurban olum. Yazığam... Arada "Fələq surəsini oxuyun. İndi şər atanlar çoxalıb. Allah elə adamlara lənət eləsin, onlara bildiyi qədər çəkdirsin. Amin.
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın fotosunu paylaşaraq, onun ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənnini məhkəməyə vermişdi. Aktrisa qarşı tərəfdən təzminat və üzr istəməsini tələb etmişdi. K.Abbasov məhkəmədə M.Xanlarovaya uduzmuş və min manat təzminat ödəmişdi. Eyni zamanda K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.
Bu yaxınlarda isə aktrisanın vəziyyətinin pis olduğunu eşidən K.Abbasov aktrisanın şəklini paylaşaraq ondan üzr istəmişdi. M.Xanlarova K.Abbasovun onun açıq-saçıq fotosunu yenidən paylaşmasına əsəbiləşib. Aktrisa onu yenidən məhkəməyə verəcəyini və həbs olunmasını istəyəcəyini söyləyib.