Xalq artisti Amaliya Pənahova imicini dəyişib. Son illər görünüşündə tez-tez dəyişiklik edən aktrisa bu dəfə saçını qısa kəsdirib.
Unikal.org bildirir ki, ölkə.az-a bu haqda açıqlama verən aktrisa yeni filmə çəkildiyini söyləyib:
"Başa düşmürəm, imicimi dəyişməyim, yeni saç düzümüm niyə insanlara belə maraqlıdır? Burada qəribə nə var axı? Mən qadınam, saçımda, imicimdə dəyişiklik edə bilərəm. Yeni filmə çəkilirəm. Ona görə də zahiri görünüşümdə dəyişiklik etmişəm".
Qeyd edək ki, xalq artistinin yeni fotosunu əməkdar artist Mətanət İsgəndərli paylaşıb. Müğənni şəklə "Amaliya Pənahovanın həyat yoldaşı, mərhum Yusif Muxtarovun anım günündə" sözlərini yazıb.