Tanınmış azərbaycanlı bəstəkar Tahir Əkbər qəbul etdiyi dərmanları nisyə alır.
Unikal.org xəbər verir ki, bu barədə bəstəkar moderator-a açıqlamasında bildirib:
"Bildiyiniz kimi mən əmaliyyat keçirmişəm onun fəsadları hələ də davam edir. Açıq deyim, 300 manat prezident mükafatı alıram. Bu pul isə mənə heç bəs etmir, dərmanlarım çox bahadır. Şəkərim, təzyiqim var. Bunların hamısı çox pul tələb edir. Bundan əlavə əsas problemlərimdən biri də odur ki, Dillər Univeristetində oxuyan övladım üçün illik 2500 azn pul ödəyirəm. Bütün bunlar üst-üstə yığılır və mən çox çətin anlar yaşayıram. Təsəvvür edin ki, mən hələ də ata evində yaşayıram. Hazırda da mən işləmirəm. Boris Vedman, Fikrət Əmirov, Cahangir Cahangirovun sonuncu tələbəsiyəm.
Mən hazırda milli musuqini təbliğ edən yeganə bəstəkaram. Keçən il mənim 70 illiyim qeyd olunda mənə bəzi vədlər verilsə də heç bir kömək olunmadı. Mən ölkəmizə dünya Azərbaycanlıarının həmrəylik himnini gətirmişəm, iki musuqi janrı yaratmışam. Mənim başımda ağrılar ola-ola İlhamə xanımın xahişi ilə Avropa Oyunları üçün musiqi bəstələdim. Hazırda da gənclər mənə müraciət edir. "Yaşa ulu öndər 90 yazdım, hansı birini deyim? Ölkəmz üçün əlimdən gələni etmişəm. Amma ki, dövlətdən nə ev almışam, nə də prezident təqaüdü. Mən heç kimin qapısını döymək fikrində deyiləm. Prezidentimiz və Mehriban xanıma güvənirik. Çox təəssüflər olsun ki, bu gün kimlərsə məni unutdurmağa çalışır. Amma hamı bilir ki, mənim ölkə xaricində də Azərbaycanın adını yüksəltmək üçün əməyim az olmayıb. Şanxayda 30 dövlətin içərisində mənim bəstələdiyim mahnı 1-ci yerə çıxıb. Ölkəm üçün göstərdiyim bu xidmətlərin müqavilində isə çox təəssüflər olsun ki, layiq olduğum diqqət və qayğını görə bilmirəm. Siz təsəvvür edin ki, mən hazırda özümə lazımlı olan dərmanları gedib nisiyə almışam.
Hesab edirəm ki, prezident İlham Əliyev və Mehriban xanım mənim bu vəziyyətimdən xəbərdar olduqdan sonra məni diqqətsiz buraxmazlar, mən onlara güvənirəm.