Gənc oğlan pərəstiş etdiyi məşhur müğənniyə bənzəmək üçün plasik əməliyyatlara 80 min dollar pul xərcləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə yaşayan 31 yaşlı Brayan Rey pop-şahzadəyə bənzəmək üçün 90 dəfə əməliyyat etdirib.
Amerikalı oğlan hələ 17 yaşı olarkən Britniyə bənzəməyi qarşısına məqsəd qoyub. Bu illər ərzində Rey burnunun, almacıq sümüklərinin, dodaqlarının, qulaqlarının formasını dəyişməyə çalışıb. Rey indiyə kimi 3 dəfə Britniylə şəxsən görüşmək şansı qazanıb. Onun sözlərinə görə, özünü model biznesində də sınayacaq.