Müğənni Gülben Ergen rəhbərlik etdiyi "Çocuklar Gülsün Diye Derneği"nin İstanbulun Etiler səmtindəki mərkəz binasını kirayəyə verir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərnəyin gəlirlərinin və dövlət dəstəyinin azalması onu pis vəziyyətə salıb. Maddi vəziyyəti yaxşı olmayan Gülben binanı icarəyə vermək üçün elan asdırıb.
İddialara görə, müğənni müflis olduğu üçün son zamanlar dərnəyin işçilərini "Dadı Mutfak" restoranında ofisiant kimi çalışdırırdı. O, bu barədə açıqlama verərkən belə deyib:
"Məsələ tamamilə maddi sıxıntılarla əlaqədardır. Həmin yeri icarəyə verib, daha kiçik bir ofisə köçəcəyik".