Bakıda evakuator maşınının qayda pozuntusu kameraya düşüb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, videodan görünür ki, Cəlil Məmmədquluzadə küçəsində evakuator yolu bağlayaraq yolun kənarında dayanan Hyundai Sonata markalı maşını götürməyə çalışır.

Əslində hərəkətə Hyundai mane olmur. Evakuator tıxac yaradır. Maşının sürücüsü gəldikdən sonra evakuator Hyundai-ni yolun kənarına qoyur. Bu dəfə daha bir qayda pozuntusu baş verir. Evakuator hərəkət istiqamətinin əksinə dönür və saxlayır.