Müğənni, aparıcı Seda Sayan sahibi olduğu 41 illik tarixi olan, İstanbulda yerləşən "Etiler Şamdan" gecə klubunu bağlatdırıb.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni bir müddətdir ki, xəstəxanada müalicə aldığı üçün kirayə pulunu ödəyə bilməyən Mehmet Tuna adlı şəxsi məkanından qovaraq gecə klubunun qapısına kilid vurdurub.
Vəkilinin vasitəçiliyi ilə açıqlama verən müğənni icra müqaviləsinin 5 illik olub, 2015-ci ildə bitdiyini nəzərə çatdırıb. O, həmçinin qonşu məkanlarda aylıq kirayə haqqının 40-50 min dollar olduğu halda klubu M.Tunaya aşağı qiymətə versə də, uzun müddətdir ki, borcunu ödəmədiyini bildirib.
İki dəfə məhkəməyə müraciət edən Sayan təxliyə qərarı verildikdən sonra məkanını bağlatdırıb.