Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev vəzifəsindən azad edilib.

Unikal.org-a daxil olan məlumata görə, onun yerinə Baxşəliyev Nəriman Sadıq oğlu təyinat alıb.

Xatırladaq ki, ki, N. Baxşəliyev bu təyinata kimi Abşeron rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Bu gün yeni müdiri Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səhiyyə işçilərinə təqdim olunub.