Gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının açılışında iştirak edən dünya ulduzu Ledi Qaqaya bir milyon dollar verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Unikal.org-un məlumatına görə, A.Rəhimov bildirib ki, top onluqda olan dünya ulduzlarının müqavilədə göstərilən qiymətləri adətən açıqlanmır: 

"Dünya ulduzları müxtəlif tədbirlər üçün müxtəlif qiymətlərə razılaşa bilirlər. Səhv etmirəmsə, bu ulduzların böyük tədbirlər üçün qiyməti 1 milyona qədərdir. Ancaq Azərbaycana gəlincə isə, Ledi Qaqaya verilən qonorarın məbləğini açıqlaya bilmərəm, bu kommersiya sirridir.