Bir müddətdir ki, efirlərdən uzaq qaçan rəqqasə Aytən açıqlaması ilə gündəmi silkələyəcək.
Unikal.org-un məlumatına görə, big.az-a danışan rəqqasə şəxsi həyatı barədə verilən sualı cavablandırıb.
Tam səmimi olan rəqqasə bildirib ki, 6 ildir ki, qeyri-rəsmi nikahda olduğu şəxs ona dəstəkdir:
" 6 ildir ki, qeyri-rəsmi nikahda yaşadığım insan var. Kəbinli həyat yoldaşımdır. Subaydır, evli deyil. Məndən yaşda böyükdür. Nə vaxtsa evlənsə, həyatımdan gedəcək, bunu özü də yaxşı bilir. Hal-hazırda mənə dəstəkdir".
Rəqqasə Aytən yeni açılan ayaqqabı butikindən də danışıb:
"Bir az gündəmdən uzaq düşməyimin səbəbi başım biznesə qarışıb. Toylarım da kifayət qədərdi... İnşallah hər şey yaxşı olacaq".