"Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, QSC sədrinin əmri ilə "Bakı Metropoliteninin Mühafizə Xidmətinin rəisi tutuduğu vəzifəsindən öz ərizəsi ilə azad edilib.

QSC sədrinin digər əmri ilə Mühafizə Xidməti rəisi vəzifəsinə İnam Əzimov təyin edilib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, dəyişiklik dekabr ayında baş verib.

Zaurə Əmirova