"Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindən 10 km məsafədə yerləşən (Qaradağ dəmiryolu stansiyasından 5 km şimal-qərbdə) və bu gün püskürən "Otman bozdağ palçıq vulkanı artıq sönüb.

Unikal.org xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vulkanlar qoruğunun direktoru Ceyhun Paşayev söyləyib.

O bildirib ki, buna baxmayaraq, təhlükəsizlik baxımından yaxın günlərdə həmin vulkana qalxmaq tövsiyə olunmur.

C.Paşayev deyib ki, "Otman bozdağ palçıq vulkanının aktiv püskürməsi saat 1-2 radələrində qeydə alınıb. Çox aktiv vulkan olmayan "Otman buzdağda indiyədək 3 püskürmə qeydə alınıb. Vulkanda ilk püskürmə 1845, 2-cü püskürmə 1951-ci il, 3-cü püskürmə 1961-ci ildə olub: "Bu vulkan vəhşi, aktiv vulkan hesab olunmur. Vulkan püskürən zaman onun odunun hündürlüyü maksimum 50-60 metr olur. Vulkan kəsilmiş konus şəklindədir, diametri 300 metdir. Vulkanın 90-100-ə yaxın qrifonu var. Vulkandan çıxan tullantı məhsullarının sahəsi 1000 hektardan artıqdır. Tullantıların orta qalınlığı çox, yəni 120 metdir.

Vulkanın yaxınlığında yaşayış evlərinin olmadığını deyən C.Paşayev hazırda ərazidə ölçmə işlərinin aparıldığını qeyd edib.