"Alqasım oğlanları "vorzakon"dur" şeiriylə sosial şəbəkələrdə məşhurlaşan Cəlilabad rayon Alqasımlı kənd sakini Röyal Diniyevin daha bir bacarığı üzə çıxıb.

Unikal.org xəbər verir ki, 27 yaşlı gənc "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bu barədə danışmaq istəmədiyini desə də, atası Natiq Diniyev oğlunun yaxşı səsinin olduğunu bildirib:"Röyalın yaxşı səsi var, mən də tamadayam. 
O özü üçün evdə Sabir Mirzəyevin "Bəstə Nigar"ından zaddan oxuyur, arabir də toylara gedir. Mən tamada kimi toylara gedəndə arabir mənlə toya gedir, amma şeir yazmır.  
Mən şeirlərə nəzirə yazıb, toylara uyğunlaşdırıram".N.Diniyev oğlunu məşhurlaşdıran videodan da danışıb:"O video mənim bacım oğlunun uşağının kiçik toyunda çəkilib. Röyalı şilləylə vuran da dayım oğludur. Dayım oğlu vurur ki, çox danışma. Dayım oğludur, ərk edib vurub".