Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.