Əkiz uşağa hamilə olan dünyaca məşhur ulduz Beyonse qızı Blu Ayvi Karterin adını əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün ərizə təqdim edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Beyonse və Cey Zi cütlüyü hələ 2012-ci ildə hazırladıqları ərzidəyə 14 növ mal daxil edilib. Bunlar arasına kosmetika, saça və dəriyə qullqu vasitələri, mobil oyunlar, uşaq malları, mətbəx avadanlıqları, oyun kartları və sairə daxildi.
Lakin cütlük patenti necə istifadə edəcəyi barədə məlumat vermədikləri üçün 2012-ci ildə ərizə rədd edilmişdi. Yeni təqdim edilmiş ərizədə isə uşağın adının brend kimi istifadə olunacağı qeyd olunub.
Bundan başqa Beyonse hamiləliyin 7-ci ayına təsadüf etməsinə baxmayaraq, nüfuzlu Coachella musiqi festivalında iştirak etməyi planlaşdırır.