"Hazırda səhhətim qaydasında deyil, psixoloji sarsıntılarım var.
Unikal.org-un məlumatına görə, bunu AzNews.az-a açıqlamasında Xalq artisti, mərhum İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova bildirib. Özünü yaxşı hiss etməyən Mehriban Hüseynova azadlığa çıxacağı günü səbirsizliklə gözləyib və buna ilk gündən inandığını bildirib: "Bu dünyada səhvsiz adam yoxdur. Günahsız yalnız tanrıdır. Cüzi nöqsanlarım, müəyyən səhvlərimə görə, öz cəzamı aldım. Mən qanunlara və qanunvericiliyimə hörmət edirəm və edəcəm də. İnsanlar məni qorudu. Mən həbs olunmadım, əksinə qorundum. Çox ədalətli bir məhkəmə keçirildi. Bu cəza mənə çox şey öyrətdi, ən azından əhatəmdə olan insanları tanımağımı, düzü əyridən seçməyi, heç kəsə etibar etməməyi. Mən hər kəsi gözəl tanıdım.
Mehriban Hüseynova azadlığa çıxan kimi ilk gedəcəyi məkananın hara olacağını götür-qoy edib: "Bilmirdim hara gedim. Əlbəttə ki, qərara gəldim ki, ailəmlə, əzizlərimlə görüşüm. Amma düzü bir məkan var ki, ilk öncə ora getmək, ziyarət etmək istədim. O da inşallah, yaxın vaxtlarda baş tutacaq. İlhamə xanım Quliyevanın məzarını ziyarət edəcəm....
Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.
Mehriban Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Xalq artisti İlhamə Quliyevanın əmlakını ələ keçirməkdə ittiham olunub.