Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Tegele hava limanında 112, "Şenefelde hava limanında 22 reys təxirə salınıb.

Tətildə bir neçə nəqliyyat xidmətinin 2 mindən çox əməkdaşı iştirak edir.

Qeyd edək ki. Həmkarlar İttifaqı bu sahədə çalışan işçilərin əmək haqqının artırılmasını və karyera artımı imkanının yaradılmasını tələb edir.