Gəncədə fərdi yaşayış evində baş verən partlayış nəticəsəndə xəsarət alan 67 yaşlı kişi Bakı şəhərinə aparılıb.

"Unikal"ın məlumatına görə, partlayış nəticəsində ağır yanıq xəsarətləri alan Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev təcili yardım avtomobili ilə Bakı şəhərində yerləşən yanıq mərkəzinə göndərilib.

*** 16:22

Gəncədə evdə qaz partlayıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən evlərin birində qaz partlayıb. Nəticədə şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, evdə qaz partlayıb.

Fakt araşdırılır.

Tural Əhmədov