İtaliyanın daxili işlər naziri Marko Minniti suriyalı qaçqınlara maaşsız iş yerləri təqdim etməyi təklif edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazirin fikrincə qaçqın statusu almaq üçün ictimai işlərə müraciət edənlər üçün bu işləri Avropa fondları maliyyələşdirə bilər. Bu əmək bazarında disbalans yaratmayacaq, çünki iş yerləri pulsuz olacaq.

Nazirin sözlərinə görə, siyasi sığınacaq verilməsi proseduru 2 ilə qədər uzana bilər. Bu boşluğu is doldurmaq lazımdır.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Aralıq dənizi üzrə ölkəyə ötən il ərzində rekord sayda miqrant gəlib - 181 mindən çox insan.