Müğənni Ledi Qaqa keçmiş nişanlısı Teylor Kinni ilə barışıb.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, aktyor "Super Bowl"da çıxış edən keçmiş sevgilisini izləmək üçün orada olub. Şoudan sonra bir araya gələn ikilinin münasibətlərini bərpa etdiyi deyilir.

Qeyd edək ki, evlənməyə hazırlaşan cütlük ötən ilin avqustunda gözlənilmədən ayrılıblar. Onlar bu addımı karyeralarına vaxt ayırmaq üçün atdıqlarını deyiblər.