Sumqayıt şəhərində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Unikal.org bildirir ki, hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövründə Sumqayıtda mühüm infrosturuktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtnda və keyfiyyətlə icra olunub.

Qeyd olunub ki, hesabat dövrü Sumqayıt şəhəri üçün də uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib,yeni iş yerləri açılıb. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 1 milyard 178 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 faiz və ya 382 milyon manat çox məhsul istehsal olunmuş və xidmət göstərilib.Sənaye məhsulunun istehsalı 802,2 milyon manat təşkil edib və ötən illə müqayisədə 183,2 faiz və ya 364,5 milyon manat çox məhsul istehsal olunub.

Vurğulanıb ki, ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 80 faiz həddini ötüb.Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 350 milyon manat vəsait yönəldilmiş, artım tempi 146 faiz təşkil edib.

Hesabat məruzəsində qeyd olunub ki, daimi 6149 yeni iş yerləri açılıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub. Məşğulluq Mərkəzində 11306 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 6149 nəfər işlə təmin edilib.

Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi , Şahmat və Musiqi Məktəbi, Sumqayıt Dövlət Musiqili Dram Teatrı ölkə başçısnın iştirakı ilə istifadəyə verilib. Ulu öndərin adını daşıyan parkda da yenidən qurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara çatıb. Parkda 200 dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, Bayraq Meydanı tikilib. Hesabat dövründə şəhərdə yol nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca "Göyərçin abidəsinə doğru ümumi uzunluğu 4,2 kilometr olan ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5 km olan Sahil küçəsində də yenidənqurma işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvar sakinlərin istifadəsinə verilib. Şəhərdə istismar müddətini ötmüş 200 ədəd qəzalı vəziyyətdə olan lift və 350 ədəd yaşayış binasının dam örtüyünün dəyişdirilib.

Hesabat yığıncağında təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib. Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Sonda Azərbaycan Respublikası Prezidentinə ümumşəhər yığıncağı iştirakçıları adından müraciət qəbul olunub.

DSC_0030

DSC_0071

DSC_0076

DSC_0080

DSC_0084

DSC_0089

DSC_0107

DSC_0122

DSC_0134

DSC_0144

DSC_0176

DSC_0184

DSC_0208