Bilgəh qəsəbəsində Elşən Salayevi öz həyat yoldaşı mətbəx bıçağı ilə yaralayıb.

Unikal.org SalamNews-a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saat 10 radələrində Zərifə Əliyeva küçəsindəki həyət evində qeydə alınıb.

Mübahisə ailədə maddi problemlərin çox olması ilə əlaqədar yaranıb və bu zaman qadın bıçağa əl ataraq həyat yoldaşının qoluna bir neçə zərbə endirib. Təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan 41 yaşlı kişiyə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İşi araşdıran təhqiqatçı Əlisahib Əliyevin sözlərinə görə, Salayevlər ailəsi sakit ailə kimi xarakterizə olunur və azyaşlı övladları da var. Artıq həm zərərçəkmişin, həm də təqsirləndirilən şəxsin ilkin izahatları alınıb. Təyin olunacaq məhkəmə tibbi ekspertizasının rəyindən sonra fakta hüquqi qiymət veriləcək.