Əlil ola-ola Qarabağda könüllü vuruşan keçmiş döyüşçüyə rəsmi sənədləri ola-ola 25 ildir "Qarabağ veteranı statusunu vermirlər. Vətəndaşa "Sən orda olmamısan-deyə cavab verilir.

Unikal.org-un redaksiyasına Sumqayıt sakini ,Nəcəfov İrza Məmiş oğlu tərəfindən müdafiə naziri , general-polkovnik Zakir Həsənova ünvanlanmış şikayət məktubunun surəti daxil olub. Müraciət müəllifi 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi və bu barədə sənədləri olduğu halda "Qarabağ veteranı statusunu ala bilməməsindən şikayətçidir.
Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab nazir, yazıb sizə bildirmək istəyirəm ki, mən Nəcəfov İrza Məmiş oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, Qubadlıda döyüşdüyüm halda, 25 ildir "Qarabağ veteranı satusunu ala bilmirəm. 1992-ci ildə "Veteranlar Haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Ancaq mən Qarabağda vuruşduğum halda və bu haqda o zaman mənim hərbi biletimdə, digər sənədlərimdə rəsmən qeyd olunsa da bunu sübut edə bilmirəm.
Qeyd edim ki, 1992-ci ildə Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılılaraq düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmişəm. Dəfələrlə Sumqayıt "hərbi komissarlığına müraciət etməyimə baxmayaraq cavab verirlər ki, "sənin adda adamın adı döyüşçü kimi bizdə yoxdur. Döyüşlərdə iştirak etməyimi sübut edə bilmirəm.
Halbuki mən Qubadlının müdafiəsində tankçı kimi vuruşmuşam, "BMP-2 -nin ekipaj komandiri olmuşam.
Qedy edim ki, 1983-1985-ci illərdə, SSRİ dövründə hərbi xidmət zamanı Kiyev Ali Hərbi Tank Mühəndisləri Məktəbində tank idarəetməsi üzrə instruktor kimi xidmət etmişəm, sürücü-mexanik olmuşam. Əvvəllər 6 ay "Uçebka - təlim toplanışında olmuşam, sonra isə həmin hərbi məktəbə göndərdilər və orada kursantlara təlim geçmişəm.
Müstəqillik dövründə, 1992-ci ilin təxminən mart-aprel ayında hərbi xidmətə çağrıldım. "Podpolkovnik İsrafilovun (adı yadımda deyil) qəbulunda oldum. Soruşdu "nə sənədin var, əlilsən? - dedim bəli.(3-cü qrup əlil idim. Bel fəqərəmdə əzik olduğuna görə ayağıma da təsir etmişdi) Dedi ki, sən hərbi xidmətdən azadsan. Bildirdi ki, məni hərbi xidmətə aparmağa onların ixtiyarı və icazəsi yoxdur. Könüllü getmək istədiyimi diqqətlərinə çatdırdım. Ərizəmi yazdım ,təsdiq elədilər. O zaman Sumqayıtın hərbi komissarı Qarayev idi. Dedi "bu daha sənin öz işindi, biz sənə cavabdeh deyilik. Hərbi xidmətə yollandım.
Ekipajımızda mexanik ,navodçik var idi, mən də ekipaj komandiri oldum. Bir müddətdən Qubadlıya gəldik. Orda Milli Qəhrəman, rəhmətlik Əliyar Əliyevin batalyonunda 5 gün qalandan sonra Qubadlının Güləbirddə yerləşən batalyonuna qoşulduq. Bundan sonra döyüşlərdə iştirak etdik. Noyabr ayına qədər ekipajımla döyüş əməliyyatlarında oldum .Noyabr ayında bizi qanuni şəkildə əmrlə tərxis etdilər. Bu haqda Qərargahın imzası da var. Yəni, bütün xidməti dövrüm aşıq-aşkar səndələrdə öz əksini tapıb. Biz 15 nəfər idik və noyabr ayı 100 günlük "sbor un müddəti qurtardı. Əslində "sbor elə Üçtəpədə qurtarmışdı. Amma biz Qubadlıya hərbi ezamiyyətə göndərilmişik, müddətimizdən artıq xidmət etmişdik.
O vaxt müdafiə naziri Rəhim Qazıyev idi. Qərargahın rəisinin tərxis olunmağımız baradə sənəddə imzası var.
Biz sənəddə Lənkəran diviziyasının təkibində gedirdik. Tərkibində vuruşduğumuz və orada bizim birbaşa tabeçiliyində olduğumuz Qubadlının 5-ci batalyonunun komandiri Vaqif Cabbarov idi .
Mənim hazırda "Qarabağ veteranı statusu almaq üçün müraciət etdiyim komissarlıqdan isə deyirlərki, mən adda adamın ümumiyyətlə döyüşlərdə iştirak etməyi haqda heç bir sənəd yoxdur.

Tərxis olunandan sonra mən bir müddət Rusiyada yaşadım. Qayıtdıqdan sonra dəfələrlə Sumqayıt hərbi komissarlığına müraciət etmişəm. Onlar da sorğu göndərib və hər dəfə də onlara eyni cavab gəlirdi ki, belə adam döyüşçü kimi qeydiyyatda deyil.
Əvvəllər cavab birbaşa müraciət edənə yox, yerli hərbi komissarlığa gəlirdi. İndi isə bildiyimə görə Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsi müraciət edənin ünvanına cavab göndərir.
Necə ola bilər ki, mənim hərbi xidmətim haqda heç bir məlumat olmasın.
Mən bir dəfə hətta cəbhə bölgəsindən komandanlığın göstərişi ilə Bakıya şəhid də gətirmişəm. Döyüş əməliyyatlarında iştirak etmişəm ,məzuniyyət kağızlarım var. Məzuniyyəti 1-ci döyüşdən sonra veriblər mənə.
SSRİ zamanında mənə verilən hərbi biletdə də, sonradan müstəqillik dövründə qeyd olunub ki,"Qarabağ döyüşlərində iştirak edib. Belə çıxır ki, sənədin möhürünü mən özüm vurmuşam və saxtadır?! Bu sənədi qəbul etmirlər. Özüdə mən əlil ola -ola getmişəm müharibəyə . Mən getməyə də bilərdim və heç kim də məni aparmazdı, amma mən könüllü getmişəm və buna görə sevinirəm. Çünki vətənimin dar günündə laqeyd qala bilməzdim.
Hörmətli nazir Zakir Həsənov! Xahiş edirəm mənim Qarabağda döyüşməyim öz təsdiqini tapması üçün müvafiq orqanlara göstəriş verəsiniz ki, bu məsələni obyektiv araşdırsınlar və mənim haqqım bərpa olunsun. Hətta bu haqda məlumat Müdafiə Nazirliyinin arxivində hansısa səbəbdən olmasa belə bu qədər sənəd ola-ola, bunu müəyyən etmək güman edirəm elə də çətin məsələ deyil. Mənə veteren kitabçasından və bunun üçün verilən müavinətdən çox məsələnin mənəvi tərəfi çox pis təsir edir. Mən Qarabağda vuruşduğum halda mənə deyilir ki, sən adda adam olmayıb orda.
Hörmətlə ,keşmiş döyüşçü, 3-cü qrup əlil Nəcəfov İrza Məmiş oğlu
Sumqayıt şəhəri, 13 mk/r ,bina 22, mən.48, (050)7639804"