Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəziyyət haqqında qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.
Unikal.org xəbər verir ki, iclasda deputat Fazil Mustafa qanun layihəsində "faktiki işğal olunduqda ifadəsinə etirazını bildirib:
"Məgər virtual işğal da olur? İşğal işğaldır da!.
Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə Fazil Mustafanın iradlarına cavab verib:
"Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada belə qeyd olunur: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda!" Ardı da var. Fazil bəy, başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb.