Sabah İmişli, Saatlı və Sabirabad rayonun qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, sabah saat 09:00-dan 18:00-dək "Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan "Otuzikilər, "Qaracalar, "Saatlı, "Axundov, "İmişli və "Əlillər qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.Təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. 
Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.