Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, A.Paşazadə iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnum olduğunu ifadə edib. Keçiriləcək referenduma toxunan QMİ sədri bu hadisənin Türkiyə dövləti və vətəndaşları üçün uğurlu olacağına inandığını deyib.

Səfir Erkan Özoral göstərdiyi diqqət və qayğıya, verdiyi mənəvi dəstəyə görə QMİ sədrinə minnətdarlıq edib və iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.Söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı da iştirak ediblər.