Daşkəsən rayonunda avtomobillə vurulan şəxs iki aydan sonra ölüb.
Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il dekabrın 19-da Daşkəsənin Bayan kəndində rayon sakini Namiq Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Elman Məmmədovu vurub. E.Məmmədov fevralın 14-də yaşadığı evdə ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.