Məlum olduğu kimi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar nazirliyinə birləşdirildi.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Unikal.org xəbər verir ki, ləğv edilən Nəqliyyat Nazirliyinin saytında Ziya Məmmədovun 430 99 41, müavinlərinin 430 99 41 və 430 99 41 telefon nömrələri artıq fəaliyyətini dayandırıb. Həmin nömrələr hazırda işləmir.

Nazirlik ləğv olunsa da qurumun internet saytı hələ də fəaliyyətini davm etdirir.