Naftalanda evdən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Naftalan şəhər sakini Ərişad Sərdarov ŞPŞ-yə müraciət edərək fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapdığını bildirib.

Naftalan ŞPŞ əməkdaşları tərəfindən həmin evə baxış keçirilib və oradan 137 ədəd patron, "AK-SU" markalı avtomat silah, 4 ədəd "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkar edilərək götürülüb.