2017-ci ilin yanvar ayında ölkə enerjisi sistemində 2,2 mil¬yard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir.

"Azərenerji ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayı ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.