Bakıda iki nəfərə qarşı dələduzluq edilib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Arif Məmmədov və 1979-cu il təvəllüdlü Samirə Adıgözəlova hüquq-mühafizə orqanlarına müraciət edib.
Şikayətçilər bildirib ki, 2016-cı ilin avqust ayında 1989-cu il təvəllüdlü Nazim Qənbərov onları aldadaraq iş qurmaq adı ilə A.Məmmədovdan 71 min ABŞ dolları, S.Adıgözəlovadan isə 26 min manat dəyərində qızıl-zinət əşyaları alıb.
Faktla bağlı araşdırma aparılır.