Türkiyənin İzmir və İstanbul şəhərlərində 60-dan çox adamı müəyyən yollarla aldadaraq 13 milyon lirə əldə edən 38 yaşlı Arzu Mertgil həbs edilib.

Unikal.org xəbər verir ki, Bursa Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə Şöbəsinin əməkdaşları uğurlu əməliyat keçirib. Üzərində saxta şəxsiyyət vəsiqəsi və üzərinə xeyli miqdarda pul çıxan Mertgilin qaldığı evdə edilən axtarışda isə 18 fərqli parik ələ keçirilib. Sosial media hesabında tanınmamaq üçün pariklərlə çəkilmiş fotoşəkillərini paylaşan 'Ponzi Arzu' adı verilən Arzu Mertgil fırıldaqçılıq səbəbindən həbs edilib.

Haqqında araşdırma davam edən Arzu Mertgilin tanış olduğu kəsləri aldatmaq üçün evlərinə gedir, çox səmimi davranır, birlikdə yemək yeyib çay-qəhvə içir və bəzi qurbanları ilə xatirə fotoşəkilləridə çəkdirib.



Evində qonaq Arzu Mertgilin qurbanlarından olan 57 yaşındakı Fuad D başına gələnləri belə xatırladıb:

"Mən həyat yoldaşımla boşanmışam. Məhkəmə bizim əmlakımızı ikiyə bölünməsini tələb etdi. Həyat yoldaşım isə məndən mənzilin əvəzində 100 min lirə təzminat istədi. Məndə bu pulu bankdan götürməyi düşündüm. Elə ilk həyat yoldaşımın tanışlığı ilə Arzu mənə 150 min lirə kredit götürəməyimə köməklik göstərəcəyini dedi. O mənim evimə gəldi və ikinci həyat yoldaşımlada şəkil çəkdirdi. Pensiya kartımla o mənim adımda 100 lirə kridit götürdü. Daha sonra dedi ki, gəl həyat yoldaşıvın adına da 50 min lirə kredit götürüm. Mən razılaşdım. O qadın hər iki kreditin pulunu birdəfəlik bizə verəcəyini dedi. Bizə sənədlərə qol çəkdirdi və pulu sürücüsünə verərək aradan çıxdı. Bundan sonra həm kredit və həmdə ilk həyat yoldaşıma ödəyəcəyim məbləğə görə problemlər yaşamağa başladım".