Bakıda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub. 

Unikal.org xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, o, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur. İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.

******************

Bakıda qətl törədilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, Zeynal Xəlil küçəsi, 307 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb

Onun bıçaqla qətlə yetirildiyi bildirilir.

Hazırda hadisə yerində Nərimanov rayon polis və prokurorluğunun əməkdaşları işləyir.

Qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilir. Onuna hadisə yerində və yaxud digər yerdə bıçaqlandığı dəqiqləşdirilir.