Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalı imiş.

Unikal.org lent.az-a istinadən qozanın bilmədiyiniz faydalarını təqdim edir. Bu məlumatı oxuyanda siz də təəccüblənəcəksiniz.

Böyrək qumları və iltihab
Qozaları qaynadıb, balla dadlandıraraq için. Böyrək daşı və qumun təmizlənməsində kömək olur.
Səs tutulması
Təzə yetişən qozanı qaynadıb, balla dadlandıraraq isti halda içmək, yaxud qarqara etmək səs tellərindəki zədələnməni aradan götürür.
Qastrit
Qoza yarpaqlarını qaynadıb balla qarışdırın və için. Mədəyə faydalıdır.
Diş ağrısı
Qozanın qabığını sirkə ilə qaynadıb qarqara edin. Dişinizin ağrısı kəsəcək.
Yara sağaldan
Qoza qabıqları üyüdülüb yaraların üzərinə sürtsəniz, daha tez sağalar.
Qan təmizləyici
Qoza tumurcuqlarını, təzə yarpaqlarını qaynadıb balla dadlandırdıqdan sonra için. Qanı təmizləyəcək.
Öskürək
Qoza tumurcuqlarını qaynadıb balla dadlandırın və isti halda için. Öskürəyi kəsir.
Qaraciyər ağrısı
Qoza yarpaqları və qabıqlarını qaynadıb soyuq halda içmək qaraciyər bölgəsindəki ağrını yüngülləşdirir.
Astma, bronxit
Qoza yarpağı sinir otu ilə birlikdə qaynadılıb balla dadlandırılaraq içilərsə, astma, bronxit nəfəs darlığı kimi problemləri yüngülləşdirə bilər.
Arıqladır
Qoza yarpaqlarını qaynadıb balla dadlandırın və ilıq halda ac qarına için. Arıqlamağa kömək edir.