Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılaraq, Bakının AZAL klubuna keçib. 

Unikal.org xəbər verir ki, bu barədə "Report"a AZAL-ın meneceri Eldəniz Yusifov məlumat verib.

Klub rəsmisi bildirib ki, 22 yaşlı yarımmüdafiəçi hazırda AZAL-ın düşərgəsindədir. E.Yusifov Məsimovla müqavilə bağlayacaqlarını söyləyib: "Samir az öncə komandamıza gəlib. Sabah tibbi baxışdan keçdikdən sonra onunla 6 ay + 1 il sistemi ilə müqavilə bağlanılacaq".

Qeyd edək ki, 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayan Samir Məsimov əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, ötən ilin dekabr ayında Qazaxıstanın "Okjetpes" klubunda baxışda olub, lakin bəyənilməyib.