Fransa millisinin üzvü, məşhur futbolçu Kərim Benzema Martinika adasında çəkdirdiyi fotoya görə prokurorluqdan məktub alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Real Madrid klubunun oyunçusu 2016-cı ildə adaya səfəri zamanı iquanayla şəkil çəkdirərək, sosial şəbəkədə paylaşıb.

Martinikada iquana nadir heyvan növlərindən hesab olunur. Buna görə də iquanayla şəkil çəkdirmək qadağandır.