Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Unikal.org-un məlumatına görə, bu dəfə matçlar 2 günü əhatə edəcək. İlk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda "Fənərbaxça "Krasnodarı, Almaniyada "Şalke PAOK-u, Fransada isə "Sent Etyen "Mançester Yunaytedi qəbul edib.
Belə ki, ilk oyunlarda 3:0 hesabı ilə qələbə qazanmış "Şalke və "Mançester Yunayted üçün qarşılaşmalar formal xarakter daşıyırdı. Almanlar doğma meydanda 1:1 hesablı heç-heçəyə rəğmən növbəti mərhələyə yüksəlib. "Qırmızı şeytanlar" isə səfərdə də evdə olduğu qələbə qazanıblar. Joze Mourinyonun yetirmələri bu dəfə tək qola seviniblər.
İstanbuldakı ölüm-qalım savaşında isə "Fənərbaxça uduzub. Rusiyada 0:1 hesabı ilə məğlub olan "sarı bülbüllər" doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.