"Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmaq üçün İndoneziyadan 200 atlet Azərbaycana gələcək".
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İndoneziya parlament nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid Milli Məclisdə görüş zamanı deyib.
Qonaq Azərbaycan ilə İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. M.V.Hafid Milli Məclisdə səmimi görüş üçün minnətdarlığını bildirib, Azərbaycanda olmaqdan hədsiz sevinc duyduqlarını vurğulayıb və xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib.