Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Unikal.org-un apasport.az saytının məlumatına görə, "Olimpiakosun hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib.
O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə "Osmanlısporla qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.
Qeyd edək ki, İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin "Traktorsazi klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada "Osasuna və Yunanıstanda "Panionisin formalarını geyinib. O, 2017-ci ildə keçdiyi "Olimpiakosun heyətində 3 oyunda 3 qol vurub.