Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çamadanla bağlı zarafatlaşıblar.
Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsindən məyus olduğunu bildirib.
O, Kerrinin çamadanında nəsə qiymətli bir şeyin, məsələn, Rusiya ilə ticarət üçün pulun ola biləcəyini deyərək zarafatlaşıb.
Kerri öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib:"Bu xoş bir sürprizdir".