Bu gün, martın 3-də Suraxanı rayon Məhkəməsinin hökmü ilə böhtana görə, 2 il müddətinə azadlıqdan məhrum edilən bloqqer Mehman Hüseynovun əhvalı yaxşıdır.

Unikal.org xəbər verir ki, bu sözləri açıqlamasında bloqqerin vəkili Elçin Sadıqov deyib. Vəkil M. Hüseynovla martın 3-ü axşam saatlarında Şüvəlandakı təcridxanada görüşüb. Elçin Sadıqovun sözlərinə görə, bloqqer hazırda karantində saxlanılır. Onun saçlarını qırxıblar...

Vəkil ən yaxın günlərdə bloqqer barəsində hökmdən apellyasiya şikayəti verəcəyini də qeyd edib.