Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin İdarə Heyətinin sədri