Mobil telefonunuzun ekranındakı kiçik cızıqları yox etmək istəyirsiniz?
 
Günəlik istifadə etdiyiniz telefonunuzun ekranında qısa zaman ərzində kiçik cızıqlar əmələ gələ bilər. Bunları aradan qaldırmağın qısa yollarını Unikal.org təqdim edir:

Kiçik cızıqlar üçün su və karbonat işinizə yarayacaq:

1. Bir çay qaşığı su ilə iki çay qaşığı karbonatı qarışdırın.

2. Əmələ gələn məhlulun bir qismini telefonun ekranına sürtün (bu sırada məhlulun telefonunuzun içinə və ya düymələrin arasına girməməsinə diqqət edin) və təmiz bir bez köməkliyi ilə dairəvi hərəkətlərlə silin.

3. Az nəmləndirilmiş bir bezlə ekran təmizləyin. Son olaraq mikro lif bez köməyiylə ekranı parladın.
Səthi cızıqları bu üsulla aradan qaldırmaq mümkün ola bilər. Ancaq dərin cızıqlar üçün professionallara müraciət etmək lazımdır.