Böyük Britaniyada qadın Ed Sheeranın Shape of you mahnısına yüksək səslə qulaq asdığına görə həbs edilib.

Unikal.org Telegraph-a istinadən xəbər verir ki, qonşular 36 yaşlı Sonia Bryce-u şikayət ediblər.

Məhkəmədə hakim qadına məsləhət verib ki, o, özünü yetkin adam kimi aparmalı, qonşuları narahat etməməlidir.

Qadın bir neçə dəfə ictimai asayişi pozduğuna görə, bu dəfə 6 sutkalıq həbs edilib.