Müğənni Rəqsanə İsmayılovanın bibisi dünyasını dəyişib.
Unikal.org-un məlumatına görə, bu haqda ifaçının özü xəbər verib.
O bildirib ki, bibisi 59 yaşında xəstəlikdən rəhmətə gedib:
"Doğulanda sevinc gətiririk, öləndə isə kədər. Qismətimiz nədirsə, onu da yaşayırıq. İnsan doğmasını itirəndə içi yanır. Bəlkə də kənardan heç kim səni başa dümür. Atamı görməsəm də, rayona bibilərim üçün gedib-gəlirdim. Nənəmi o qədər istəyirdim ki, onu görmədən dayanmırdım. Nənəm rəhmətə getdi, sonra böyük bibim... İndi də balaca bibim dünyasını dəyişdi. Rayonda mənim gedəcəyim yer artıq qəbiristanlıqdır. Allah o xəstəliyi yox etsin ki, ondan xilas olmaq mümkün deyil. Əzizlərim, yəqin mənim indi nə halda olduğumu bilirsiniz. Əlimdən heç nə gəlmir... Bibi, yerin cənnət olsun. İndi bibimi, nənəmi görəcəksən. Bir-birinizi necə çox istəyirdinizsə, ayrı qalmırdınız. 59 yaş nədir ki...".axşam.az