Qarabağ Azadlıq Təşkilatı türk müğənnisi Özcan Dənizin erməni dilində ifasına aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, qurumun sədri Akif Nağı sənətçinin bu hərəkətini qınayıb:

"Özcan Dənizin bu hərəkəti diqqətimizdədir. Türkiyədə Azərbaycan Diasporu fəaliyyət göstərir. Çox sayda Azərbaycan tələbələri təhsil alır. Həmin şəxslərə üz tutub deyirəm ki, Özcan Dənizə etiraz səsinizi qaldırın. Onun bütün tədbirlərini, konsertlərini, albomlarını boykot edin".

Akif Nağı Özcan Dənizin bundan sonra Azərbaycana gələ bilməyəcəyini deyib:

"Azərbaycana gəlişindən söhbət belə gedə bilməz. Əgər o, nə vaxtsa cəhd edib Azərbaycana gəlsə, Qarabağ Azadlıq Təşkilatı ciddi cəhdlə qarşısını alacaq. Hər hansı bir konsertinin, tədbirinin keçirilməsinə imkan verməyəcək".aznews.az